Kiyevə raket zərbəsi endirildi: Dağıntılar altında qalanlar var

   Kiyevə raket zərbəsi endirildi:    Dağıntılar altında qalanlar var
  26 İyun 2022    Oxunub:1578
Bu gün səhər saatlarında Kiyev şəhərinin mərkəzi hissəsi bir neçə raketlə vurulub. Yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib. Raketinin düşdüyü evin dağıntıları altında insanlar qalır. Bu barədə Kiyevin meri Vitali Kliçko Telegram səhifəsində məlumat verib.
O bildirib ki, xilasedicilər və həkimlər hadisə yerində işlərini davam etdirirlər. Artıq xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti qənaətbəxşdir.

"Dostlar! Raketin düşdüyü Şevçenkovski rayonunda yaşayış binasında axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında insanlar var. Sakinlərdən bəziləri təxliyə edilib, iki zərərçəkən xəstəxanaya yerləşdirilib. Xilasedicilər işlərini davam etdirirlər, həkimlər hadisə yerindədir”, - Kliçko bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti