Lənkəranda 32 yaşlı kişi qətlə yetirildi

   Lənkəranda 32 yaşlı kişi qətlə yetirildi
  26 İyun 2022    Oxunub:1469
Lənkəranda 32 yaşlı gənc qətlə yetirilib.
Lənkəran rayon Prokurorluğundan AzVision.az - a verilən məlumata görə, iyunun 26-sı saat 16 radələrində Lənkəran rayonu ərazisində 1990-cı il təvəllüdlü Samir Novruzovun öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1975-ci il təvəllüdlü Qulam Səlimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Samir Novruzova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Qulam Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti