Minaya düşən polisin ayağı amputasiya edilib

Minaya düşən polisin ayağı amputasiya edilib
  27 İyun 2022    Oxunub:1390
İyunun 26-sı saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
DİN-in Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, o, xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub:

"Hazırda həyatı üçün təhlükə yoxdur".

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti