Gürcüstan Rusiya ilə sərhəddə keçid məntəqəsini bağlayıb

   Gürcüstan Rusiya ilə sərhəddə keçid məntəqəsini bağlayıb
  27 İyun 2022    Oxunub:1176
Gürcüstanda intensiv yağışlara görə Terek çayının daşması nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
AzVision.az TASS Agentliyinə istinadən xəbər verir ki, meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi də müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Hava şəraiti yaxşılaşdıqdan və bərpa işləri başa çatdıqdan sonra “Kazbeqi” gömrük-keçid məntəqəsi əvvəlki kimi tam gücü ilə fəaliyyətini davam etdirəcək, sərnişinlərin hərəkəti və yüklərin daşınması problemsiz həyata keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti