Rusiya 43 kanadalını "qara siyahı"ya saldı

 Rusiya 43 kanadalını "qara siyahı"ya saldı
  27 İyun 2022    Oxunub:1200
Rusiya Kanadanın 43 vətəndaşına qarşı sanksiya tətbiq edib.
Qeyd olunub ki, Kanada hakimiyyətinin bu ilin may ayında Rusiya şirkətlərinin rəhbərliyinə və onların ailə üzvlərinə qarşı yeni sanksiyaların tətbiqinə cavab olaraq 43 Kanada vətəndaşının Rusiyaya girişi həmişəlik əngəllənib.

Bildirilib ki, Kanadada hakim rejim Jastin Trüdo inadla döyüşkən rusofobiya kursunu davam etdirdiyi bir şəraitdə Rusiya tərəfi Ottavanın açıq düşmənçilik hərəkətlərinə cavab olaraq əks tədbirlər görmək hüququnu özündə saxlayır.

AzVision.az



Teqlər:





Xəbər lenti