Qarabağa bilet satılan portalın işi bərpa edildi

   Qarabağa bilet satılan portalın işi bərpa edildi
  27 İyun 2022    Oxunub:1018
İşğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.
Bu barədə AzVision.az -a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

27.06.2022-ci il tarixində biletlər satışa çıxarıldıqdan bir müddət sonra bir neçə qurum arasında məlumat mübadiləsi zamanı texniki problem yaranıb. Qısa zaman ərzində texniki problem aradan qaldırılıb.

Hazırda www.yolumuzqarabaga.az portalının işi bərpa edilib. Vətəndaşlar tərəfindən bilet alışı adı qaydada davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti