Conson Trüdonu Ukraynaya kömək etməyə çağırdı

   Conson Trüdonu Ukraynaya kömək etməyə çağırdı
  27 İyun 2022    Oxunub:841
Ukrayna Rusiya ilə münaqişədə vəziyyəti dəyişmək üçün silah, kəşfiyyat məlumatı və öz qüvvələrinin hazırlanmasında yardım almalıdır.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson kanadalı həmkarı Castin Trüdo ilə görüşdə bildirib.

Ukrayna mövzusuna toxunan baş nazir bildirib: “Bizim hamımız üçün həlledici məqam gəlib çatıb. Ukraynada tərəzi bu və ya digər tərəfə çevrilə bilər və biz əmin olmalıyıq ki, müharibə tərəzisi Ukraynanın tərəfində olsun. Bu, Ukraynanın müdafiə qabiliyyəti və kəşfiyyat məlumatı ilə təmin edilməsi, onun qüvvələrinin hazırlanması deməkdir ki, bu da Rusiyanın hücumunu dəf etmək üçün lazımdır”.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti