Çin Tayvana xəbərdarlıq etdi

   Çin Tayvana xəbərdarlıq etdi
  27 İyun 2022    Oxunub:1150
Pekin Tayvanın müstəqillik əldə etmək cəhdləri halında hərbi vasitələrdən istifadəni istisna etmir.
AzVision.az xəbər verir ki, bunu Çinin Fransadakı səfiri Lu Şai “Livre Noir” internet kanalına müsahibəsində deyib.

“Əgər biz ölkəni sülh yolu ilə birləşdirə bilməsək və Tayvan özünü müstəqil elan edərsə, onda nə edək?”, deyən diplomat qeyd edib ki: “Biz Tayvanın müstəqil olmasına icazə verə bilmərik”.

Aparıcının söhbət hərbi yolla alınmasından gedirmi sualına səfir belə cavab verib: “O cümlədən hərbi yolla”.

AzVision.az


Teqlər:





Xəbər lenti