Asian Times: “ABŞ və NATO uzunmüddətli münaqişəyə hazır deyil”

      Asian Times:    “ABŞ və NATO uzunmüddətli münaqişəyə hazır deyil”
  27 İyun 2022    Oxunub:534
ABŞ və NATO ölkələri silah ehtiyatlarının tükənməsi səbəbindən uzunmüddətli münaqişəyə hazır deyillər.
AzVision.az xəbər verir ki, bu barədə “Hong Kong Asian Times” məlumat yayıb. KİV-in yazdığına görə, bu şəraitə görə Ukraynada münaqişə tezliklə sona çatacaq, çünki ölkəni eyni sürətlə silahla dəstəkləmək mümkün olmayacaq.

Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Toni Radaki bildirib ki, Ukraynadakı münaqişə Qərbdə istehsal potensialının çatışmazlığını göstərdi. Eyni zamanda “Asian Times” yazır ki, Ukraynanı silahla təmin etmə tempi onun döyüş qabiliyyətinə birbaşa təsir edir.
Nəşrdə həmçinin qeyd olunur ki, münaqişənin Ukrayna sərhədlərindən kənara çıxması NATO-nun böyük bir ərazidə az sayda silahla döyüşəcəyi anlamına gələcək.

Bundan əlavə, Çin və Tayvan arasında silahlı münaqişə baş verəcəyi təqdirdə, silahlar, o cümlədən haubitsalar Ukraynaya ötürüldüyü üçün ABŞ adaya dəstək verə bilməyəcək.

AzVision.az

Teqlər:







Xəbər lenti