Pentaqon işçilərin və hərbçilərin abort hüququna zəmanət verdi

   Pentaqon işçilərin və hərbçilərin abort hüququna zəmanət verdi
  27 İyun 2022    Oxunub:531
ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Pentaqon ordunun hərbi və mülki işçilərinə abort hüququna zəmanət verir.
AzVision.az xəbər verir ki, bu barədə hərbi idarənin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

"Biz federal qanuna uyğun olaraq reproduktiv sağlamlıq xidmətlərinə maneəsiz çıxışı təmin etmək üçün qərarı diqqətlə nəzərdən keçiririk və siyasətimizi qiymətləndiririk", - bəyanatda deyilir.

Lloyd vurğulayıb ki, onun və Pentaqon üçün hərbçilərin, mülki personalın və Müdafiə Nazirliyi işçilərinin ailələrinin sağlamlığı və rifahından daha vacib heç nə yoxdur.

AzVision.az

Teqlər:







Xəbər lenti