Polşa Rusiya XİN-ə nota göndərəcək

   Polşa Rusiya XİN-ə nota göndərəcək
  27 İyun 2022    Oxunub:1367
Polşa Xarici İşlər Nazirliyi Katındakı memorial kompleksdə Polşanın dövlət bayrağının götürülməsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə nota göndərəcək.
AzVision.az xəbər verir ki, bu barədə Polşa radiosunun efirində respublikanın xarici işlər nazirinin müavini Marçin Pşidaç bildirib.

“Bu gün göndəriləcək, indi nota yazılır, o, Xarici İşlər Nazirliyinə təqdim olunacaq. Çox güman ki, heç bir reaksiya olmayacaq, lakin Rusiya tərəfinin münaqişəni gərginləşdirməyə çalışaraq öz notası ilə cavab verməsi də mümkündür”, - deyə o, bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti