Dünyada meymunçiçəyinə yoluxma artır

Dünyada meymunçiçəyinə yoluxma artır
  28 İyun 2022    Oxunub:331
İlin əvvəlindən dünyada meymunçiçəyi xəstəliyinə 3 413 laborator yoluxma halı qeydə alınıb, bir ölüm faktı məlumdur.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində deyilir.

“2022-ci il yanvarın 1-dən iyunun 22-dək ÜST-ə 50 ölkədə, 5 region ərazisində laborator təsdiqlənmiş 3 413 yoluxma halı və 1 ölüm barədə məlumat daxil olub”, - sənəddə vurğulanır.

Təşkilat qeyd edib ki, əvvəlki bülletenin dərc edildiyi gündən - iyunun 17-dən indiyədək 1 310 yeni yoluxma qeydə alınıb. Bundan əlavə, daha səkkiz ölkə yoluxma halları barədə məlumat verib.

AzVision.az

Teqlər:







Xəbər lenti