Tovuzda yol qəzası: Xəsarət alan var

Tovuzda yol qəzası:    Xəsarət alan var
  28 İyun 2022    Oxunub:795
Tovuzda xəsarətlə nəticələnən yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyinə (FHN) AzVision.az -a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Aşağı Quşçu kəndində "VAZ" markalı iki minik avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti