DYP otdaşıyan sürücülərə xəbərdarlıq etdi

   DYP otdaşıyan sürücülərə xəbərdarlıq etdi
  28 İyun 2022    Oxunub:966
Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ot bağlamaları daşıyan nəqliyyat vasitələri sürücülərinin müraciət edib.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, müraciətdə deyilir ki, respublikanın yerli və rayonlararası avtomobil yollarında mövcud qanunvericilikdə nəzərdə tutulmuş ölçü parametrlərini aşmaqla, qablaşdırılmamış, xüsusilə tezalışan yük kateqoriyasına aid olan ot bağlamalarından ibarət yüklərin daşınmasına görə ayrı-ayrı sürücülər haqqında çoxsaylı inzibati təsir tədbirlərinin görülməsinə baxmayaraq, hələ də belə qayda pozuntularına yol verilməsi halları müşahidə olunur.

"Qeyd olunanlar, habelə yüklərin bu şəkildə daşınmasının nəqliyyat vasitələrinin ağırlıq mərkəzinə təsiri nəticəsində yükün yola dağılması və ya avtomobilin özünün aşma ehtimalının yüksək olması nəzərə alınaraq, DİN-in Baş DYP İdarəsi yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, xüsusilə belə daşımaları həyata keçirən sürücülərə yük daşıma qaydalarına ciddi riayət etmələrini tövsiyə edir, həmçinin sürücülərin diqqətinə çatdırılır ki, yük daşıma qaydalarının pozulmasına görə törədilmiş hər bir əməl nəticəsindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır”, - müraciətdə bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti