Madriddə NATO-nun sammiti başlayır

   Madriddə NATO-nun sammiti başlayır
  28 İyun 2022    Oxunub:780
Bu gün İspaniyanın paytaxtı Madriddə NATO-nun iki günlük sammiti öz işinə başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə NATO-nun saytında məlumat yerləşdirilib.


Bildirilib ki, sammitdə NATO-ya üzv ölkələrin, həmçinin əsas tərəfdaş ölkələrin dövlət və hökumət başçıları iştirak edəcəklər.

Qeyd olunub ki, sammit çərçivəsində Rusiyanın Ukraynadakı müharibəsi və Avropada yeni təhlükəsizlik reallığının NATO-nun yayındırma və müdafiə siyasətinə təsirləri, həmçinin Çinin böyüyən nüfuzu, iqlim dəyişikliyi kimi məsələlərin təhlükəsizliyə təsirləri də daxil olmaqla müxtəlif çağırışlara alyansın yanaşması müzakirə ediləcək.

2022 NATO Sammiti çərçivəsində alyansın dəyərlərini, məqsədini və tapşırıqlarını əks etdirən 2022 NATO Strateji Konsepsiyası qəbul ediləcək.

Madrid sammiti iyunun 30-da başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti