Qubada avtomobil su kanalına aşıb, sərnişin ölüb

Qubada avtomobil su kanalına aşıb,    sərnişin ölüb
  28 İyun 2022    Oxunub:673
İyunun 27-də saat 22 radələrində Quba rayonunun Hacıhüseynli kəndi ərazisində Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, nəticədə sürücü sudan çıxarılıb, onun sərnişini Rəvan Əmirov isə suda boğulub

AzVision.az


Teqlər:





Xəbər lenti