Prezident konfrans iştirakçılarına müraciət ünvanlayıb

   Prezident konfrans iştirakçılarına müraciət ünvanlayıb
  28 İyun 2022    Oxunub:598
Prezident İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin XI sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, müraciəti Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev oxuyub.

"Hörmətli sessiya iştirakçıları, sizi Bakıda səmimi qəlbdən salamlayıb, ən xoş salamlarımı çatdırıram.

2021- ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv olmasının 30 ili tamam olub. İƏT Azərbaycanın müstəqillik qazandıqdan sonra qoşulduğu ilk təşkilatlardan biri olub.
İƏT Ermənistanı təcavüzkar dövlət kimi tanıyan bir sıra qətnamələr qəbul edib. 2020-ci il müharibə zamanı İƏT-in verdiyi dəstəyi alqışlayırıq".

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti