Yararsız döyüş sursatları utilizasiya olunacaq

   Yararsız döyüş sursatları utilizasiya olunacaq
  28 İyun 2022    Oxunub:632
Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarını təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiya edəcək.
Bu barədə AzVision.az - a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 29-dan iyulun 2-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti