“Eyni zamanda dövlətin də bununla bağlı qoyduğu konkret standart olur. Həmin standarlar qəbul olunarkən ölkə qanunvericiliyi də nəzərə alınmalıdır. Azərbaycanda da bununla bağlı təşəbbüslər var və standarların hazırlanması ilə üzərində iş gedir. Halal turizmə maraqlı olan və bu istiqamətdə çalışmaq istəyən turizm müəssisələri də var. Amma hələlik ölkə qanunvericiliyində ayrıca olaraq belə standartın işlənib hazırlanması ilkin olaraq yekunlaşmayıb, təsdiqlənməsi baş verməyib. Amma bütün hallarda biz halal turizmə maraqlıyıq. Çünki həmin ölkələrdən gələn turistlərin gözləntiləri də bu yöndəndir. İslam ölkəsi olaraq təbii ki, bizdə böyük hallarda xidmətlər halal şəkildə təqdim olunur. Amma bunun standart formada təqdim olunması bir qədər milli qanunvericilyə uyğunlaşdırılmalıdır”, deyə K.Qasımov əlavə edib.
Aparat rəhbəri qeyd edib ki, bu gün üçün Azərbaycana prioritet olan islam ölkələrindən halal nişanın olması ilə bağlı ciddi təşəbbüs yoxdur:
“Amma o ölkələrdə müəyyən insanlar var ki, məhz belə müəssisələrə üstünlük verir. Sadəcə olaraq ölkə qanunvericiliyi, həm də ümumi yanaşmalar arasında uyğunluq tapmaq lazımdır. Onun üzərində də iş də gedir ki, ziddiyyət olmasın”.
Aytən Zəhra
AzVision.az
Teqlər: