Azərbaycan və Qırğız respublikaları arasında hava əlaqəsi yaradılır

   Azərbaycan və Qırğız respublikaları arasında hava əlaqəsi yaradılır
  28 İyun 2022    Oxunub:865
Azərbaycan və Qırğız respublikaları arasında hava əlaqəsi yaradılacaq.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində qeyd olunub.

Qanun layihəsində bildirilib ki, tərəflər bu sazişi öz dövlətlərinin müvafiq əraziləri arasında hava əlaqəsini yaratmaq məqsədilə razılığa gələrək imzalayıblar. Bu saziş razılığa gələn tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallarla alındığı tarixdən qüvvəyə minir.

Saziş qeyri-müəyyən müddətə bağlanılıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti