Gürcüstan buğda, qarğıdalı və arpanın ixracına qadağa qoydu
28 İyun 2022
Oxunub:275
Gürcüstan hökuməti ölkə daxilində qıtlığın qarşısını almaq üçün iyulun 4-dən etibarən yerli istehsal olan buğda, qarğıdalı və arpanın ixracına qadağa tətbiq etmək barədə qərar qəbul edib.
Bu barədə məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayıb. Məlumata görə, sözügedən qadağa 2023-cü ilin iyulun 4-nə qədər qüvvədə olacaq.