"Ukrayna bu gün də əməliyyatları dayandıra bilər" - Peskov

   "Ukrayna bu gün də əməliyyatları dayandıra bilər" -    Peskov
  28 İyun 2022    Oxunub:317
"Ukrayna Rusiyanın şərtlərini yerinə yetirməklə bu gün də hərbi əməliyyatları dayandıra bilər".
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Zelenskinin qışa qədər Ukraynada hərbi əməliyyatları dayandırmaq planları ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Ukrayna tərəfi hazırkı günün sonuna qədər hər şeyi dayandıra bilər. Bizə millətçi birləşmələrin və Ukrayna hərbçilərinin silahı yerə qoyması əmri lazımdır. Eyni zamanda Rusiyanın şərtləri yerinə yetirilməlidir.

Günün sonuna qədər hər şey bitə bilər. Qalanı Ukrayna dövlətinin başçısının fikirləridir”, - Peskov bildirib.

Bu arada o, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının plan üzrə davam etdiyini və məqsədlərinə çatdığını vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti