İspaniya İsveç və Finlandiyanın NATO-ya üzv olacağına əmindir

   İspaniya İsveç və Finlandiyanın NATO-ya üzv olacağına əmindir
  28 İyun 2022    Oxunub:882
İspaniya hakimiyyəti İsveç və Finlandiyanın gec-tez NATO-ya daxil olacağına əmindir.
Bu barədə İspaniyanın Baş naziri Pedro Sançes alyansın Madriddə sammitinin başlaması ərəfəsində bildirib. “Əminik ki, indi olmasa, sonra, amma nəticədə Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulacaqlar”-deyə, o bildirib.

Qeyd edək ki, mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim ediblər. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib. Türkiyə Finlandiya və İsveçdən NATO-ya daxil olmasına razılıq verməzdən əvvəl silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq və PKK terrorçularına dəstəkdən imtina etmək üçün yazılı təminat tələb edir. Hər iki ölkə PKK tərəfdarlarına açıq dəstək verir, bu ölkədə terrorçuların aksiyaları keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti