ABŞ-dan Rusiyaya qarşı növbəti SANKSİYA

 ABŞ-dan Rusiyaya qarşı növbəti    SANKSİYA
  28 İyun 2022    Oxunub:1911
ABŞ Rusiyanın "Rostex" dövlət korporasiyasına qarşı sanksiyalar tətbiq edib. Dövlət korporasiyası ilə əməliyyatlara 11 avqust 2022-ci il tarixinədək icazə verilib.Bu barədə ölkənin Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
""Rostex"ə birbaşa və ya dolayısı ilə məxsus olan 50% və ya daha çox bütün təşkilatlar bloklanır", - məlumatda deyilir.

Agentliyin baş lisenziyası "Rostex" ilə bütün əməliyyatların avqustun 11-dək tamamlanmasını nəzərdə tutur.

Bundan başqa, sanksiya siyahısına Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukov və teleaparıcı Tina Kandelaki də daxil olmaqla 57 rusiyalı əlavə edilib.

Dərc edilmiş siyahıda Serdyukovun özündən başqa, həyat yoldaşı Yevgeniya Vasilyeva və iki uşağı göstərilir.

Sanksiyalar Kandelakinin keçmiş əri, biznesmen Andrey Kondraxin və onların qızı Melaniya Kondraxinə, eləcə də aparıcının hazırkı əri, “Rostex”in media meneceri və ümumi direktoru Vasili Brovkoya da şamil edilib.

Sanksiyalara həmçinin Rusiya təhsil nazirinin müavini Dmitri Afanasyev və bir sıra digər şəxslər də daxildir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti