Türkiyə ilə İsveç arasında siyasi məsləhətləşmələr keçiriləcək

   Türkiyə ilə İsveç arasında siyasi məsləhətləşmələr keçiriləcək
  28 İyun 2022    Oxunub:1529
İyunun 29-da Ankarada Türkiyə ilə İsveç arasında müntəzəm siyasi məsləhətləşmələr keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Müntəzəm siyasi məsləhətləşmələr xarici işlər nazirinin müavini və Avropa İttifaqı üzrə direktor səfir Faruk Kaymakçı və İsveç dövlət katibi səfir Robert Rydberqin həmsədrliyi ilə baş tutacaq.

Siyasi məsləhətləşmələr çərçivəsində Türkiyə-İsveç ikitərəfli münasibətlərinin hərtərəfli müzakirə ediləcəyi, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti