Bolqarıstan Rusiya səfirliyinin 70 əməkdaşını ölkədən çıxarır

Bolqarıstan Rusiya səfirliyinin 70 əməkdaşını ölkədən çıxarır
  28 İyun 2022    Oxunub:1384
Bolqarıstan 70 diplomatı və Rusiya səfirliyinin texniki heyətinin nümayəndələrini “persona non qrata” elan etmək qərarına gəlib.
Bu barədə Rusiyanın Sofiyadakı səfirliyindən məlumat verilib. Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, Rusiya Bolqarıstanın 70 diplomatını ölkədən çıxarmasına cavab verəcək.

Qeyd edək ki, Bolqarıstanın baş naziri vəzifəsini icra edən Kiril Petkov ölkə parlamentindəki çıxışında səfirlik nümayəndələrinin xüsusi xidmət orqanlarının əməkdaşları olduğunu bəyan edib. O qeyd edib ki, iyulun 3-dək həmin əməkdaşlar Moskvaya göndəriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti