ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir
  28 İyun 2022    Oxunub:1485
ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirdiyini açıqlayıb.
Sanksiya siyahısına, Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukov həyat yoldaşı və uşaqları ilə birlikdə, həmçinin Müdafiə Nazirliyinin keçmiş aparat rəhbəri Yevgeniya Vasilyeva və teleaparıcı Tina Kandelaki daxil edilib. Ümumilikdə, şəxsi sanksiyalar siyahısında 57 nəfərin adı var.

Digər tərəfdən, ABŞ Dövlət Departamenti də 45 müəssisə və 29 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. “Qara siyahı”ya düşən şirkətlər arasında “Rostex”, “KamAZ”, “Tupolev” də var.

AzVision.az



Teqlər:





Xəbər lenti