Turizm reyestri sentyabrda təqdim ediləcək

   Turizm reyestri sentyabrda təqdim ediləcək
  29 İyun 2022    Oxunub:1148
Turizm reyestrini sentyabrda təqdim edəcəyik.
Bunu AzVision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib. O bildirib ki, iyul-avqust aylarında turizm reyestrinin yaradılması üzərində iş aparılacaq:
“2015-ci ildən etibarən Azərbaycanda turizm şirkətləri lisenziya olmadan fəallyətlərini azad bazar şəraitində qururlar. Biz Turizm Agentliyi olaraq reyestr üzərində ona görə çalışırıq ki, prosesi müəyyən formada tənzimləyək. Nəticədə ölkədə yaşayan insanları, eyni zamanda onların biznes partnyorları şirkət haqqında ətraflı məlumat əldə edib, onun hansı xidmətləri təklif edəcəyini biləcəklər. Əgər o, şirkət reyestrə düşübsə, demək onun bu xidmətləri göstərə bilmək üçün kifayət qədər imkanları var. Burada eyni zamanda kateqoriyalaşma da olacaq. Nəticədə rəqabət yaranacaq ki, bu da keyfiyyətə təsir edəcək. Reystri yəqin sentyabr üçün təqdim edəcəyik”.

K.Qasımov eyni zamanda “Turizm haqqında” Qanununda qoyulan məsələlərin uyğunlaşdırılması ilə bağlı işlərin getdiyini qeyd edib:
“Qanunvericilikdə bir çox məsələlər qoyulub. Əsas məsələlər ulduzlaşma, turizm reyestrinin yaradılması, turizm qrantlarının təqdim olunması ilə bağlı qaydaların təsdiq olunmasıdır. Prosesi gedir ki, bunun əsasında işlər təşkil olunsun. Yaxın bir neçə ay ərzində real nəticələri görəcəyik”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti