"Rusiya ilə danışıqlar Ukraynanın hərbi qələbəsindən sonra aparıla bilər" - Liz Trass

   "Rusiya ilə danışıqlar Ukraynanın hərbi qələbəsindən sonra aparıla bilər" -    Liz Trass
  29 İyun 2022    Oxunub:1430
"Avropada uzunmüddətli sülh yalnız Rusiya Ukraynada məğlub olduğu halda mümkündür, indi danışıqların vaxtı deyil".
AzVision.az xəbər verir ki, bunu Madriddə keçirilən NATO İctimai Forumunda çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.

"Rusiyanın Ukraynada məğlubiyyətinə nail olmaq öhdəliyimiz var. Biz bunu Avropanın təhlükəsizliyi, azadlığı və demokratiyası naminə etməliyik. Bu, Avropada uzunmüddətli sülhə nail olmağın yeganə yoludur. İndi bəziləri Rusiya hələ də Ukraynadaykən danışıqların mümkünlüyündən danışır. Amma düşünürəm ki, bu, yalançı sülh gətirəcək”, - Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib:

"Qərb ölkələri regionda uzunmüddətli sülhü təmin etmək üçün keçmişdəki Minsk razılaşmalarının uğursuzluğu nümunələrindən dərs almalıdır. Mənim mesajım budur ki, biz əvvəlcə Rusiyanı məğlub etməliyik, sonra danışıqlar aparmalıyıq".

AzVision.az



Teqlər:





Xəbər lenti