Britaniya Avropaya qaz nəqlini dayandıra bilər: Financial Times

   Britaniya Avropaya qaz nəqlini dayandıra bilər:    Financial Times
  29 İyun 2022    Oxunub:1327
Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında Böyük Britaniya Avropaya qaz tədarükünü tamamilə dayandıra bilər.
AzVision.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bu qərar Böyük Britaniyanın qaz qıtlığı ilə üzləşəcəyi təqdirdə veriləcək.

Belə ki, daxili bazarda kəskin resurs çatışmazlığı yaranarsa, Böyük Britaniya Şimal dənizindən keçərək Belçikaya aparan ikitərəfli interkonnektor vasitəsilə təchizatı dayandıracaq. Böyük Britaniyanın elektrik şirkəti National Grid-in bildirdiyinə görə, Böyük Britaniya hökuməti hər il tədarük planını nəzərdən keçirir və hazırkı qərar "şəraitləri əks etdirəcək".

Eyni zamanda Britaniyanın enerji şirkətləri iqtisadiyyat üçün mümkün mənfi nəticələrə görə hökuməti belə qərarlardan çəkinməyə çağırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti