Şolts: "NATO Ukraynaya lazım olan qədər silah göndərəcək"

      Şolts:   "NATO Ukraynaya lazım olan qədər silah göndərəcək"
  29 İyun 2022    Oxunub:1476
Şimali Atlantika Alyansına üzv ölkələr Ukraynaya silah tədarükünü lazım olana qədər davam etdirəcək.
Bu barədə Almaniya kansleri Olaf Şolts NATO-nun Madriddə keçirilən sammitindən öncə jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“NATO-ya üzv ölkələr, həmçinin bir çox digər dövlətlər Ukraynanın özünü müdafiə etməsi üçün üzərinə düşəni edir. Kiyev maliyyə resursları, humanitar yardımlar, həmçinin ehtiyacı olan silahlarla təmin olunur. Mesaj belədir: biz bunu Ukraynanın müdafiəsi üçün lazım olan qədər davam etdirəcəyik”, - deyə Olaf Şolts bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti