"Nəqliyyatın bərpası regionda vəziyyətin sağlamlaşdırılmasına xidmət edir" - Zaxarova

   "Nəqliyyatın bərpası regionda vəziyyətin sağlamlaşdırılmasına xidmət edir" -    Zaxarova
  29 İyun 2022    Oxunub:1444
Nəqliyyat iqtisadi əlaqələrinin açılması Cənubi Qafqazda vəziyyətin sağlamlaşdırılmasına xidmət edəcək.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Biz hər zaman vurğulamışıq ki, Cənubi Qafqazda bütün nəqliyyat əlaqələrinin bərpası müsbət tendensiyaların möhkəmlənməsinə və yekunda regionda vəziyyətin sağlamlaşdırılmasına xidmət edir", - deyə o bildirib.

M.Zaxarova əlavə edib ki, üç ölkə liderlərinin razılaşmalarının reallaşdırılması Bakı ilə İrəvan arasında münasibətlərin kompleks normallaşmasını təmin etməyə imkan verəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti