Azərbaycan və İran Prezidentlərinin qarşılıqlı səfərləri planlaşdırılıb

   Azərbaycan və İran Prezidentlərinin qarşılıqlı səfərləri planlaşdırılıb
  29 İyun 2022    Oxunub:1418
"Düşünürəm, Xəzər dənizi ilə bağlı önəmli məsələlərdən biri budur ki, Xəzəryanı ölkələrin dövlət başçıları mütəmadi olaraq görüşürlər".
AzVision.az xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi iyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Əlbəttə, Zati-alinizin Tehrana səfər etmək, mənim də Bakıya səfər etmək kimi planlarımız var. Lakin bizim belə platformalardan istifadə edib görüş keçirməyimiz də münasibətlərimizin inkişafına kömək edir. İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Düşünürəm ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha da inkişaf etdirilə bilər", - İran Prezidenti bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti