Ərdoğan Şarl Mişeli qəbul etdi

   Ərdoğan Şarl Mişeli qəbul etdi
  29 İyun 2022    Oxunub:1306
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişeli qəbul edib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, NATO Sammitinin keçirildiyi İFEMA Konvensiya Mərkəzində keçirilən görüş mətbuata qapalı baş tutub.

Qəbulda xarici işlər naziri Mövlud Çavuşoğlu, Prezident Administrasiyasının Kommunikasiyalar Direktoru Fahrettin Altun, MİT rəhbəri Hakan Fidan və AK Partiya Rize millət vəkili, NATO Parlament Assambleyası Türkiyə Qrupunun sədri Osman Aşkın Bak da iştirak edib.

AzVision.az



Teqlər:





Xəbər lenti