Cəlilabadda ağır QƏZA - 18 yaşlı gənc öldü

   Cəlilabadda ağır QƏZA -    18 yaşlı gənc öldü
  29 İyun 2022    Oxunub:1325
Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.



Belə ki, qəza zamanı “Hyundai Santa Fe” markalı minik avtomobili ilə VAZ-2107 markalı minik avtomobili toqquşub. Nəticədə Sabirabad kənd sakinləri - 1997-ci il təvəllüdlü Əliyev Ramal Natiq oğlu, 2004-cü il təvəllüdlü Abbasov Aslan Fikrət oğlu xəsarət alıb. 2004-cü il təvəllüdlü Məmmədov Dünyamalı İslam oğlu isə hadisə yerində ölüb.



Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti