Gürcüstandan Rusiyaya yük maşınlarının hərəkəti bərpa edilib

   Gürcüstandan Rusiyaya yük maşınlarının hərəkəti bərpa edilib
  29 İyun 2022    Oxunub:1508
Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbeqi” gömrük məntəqəsi fəaliyyətini bərpa edib.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Qeyd edilib ki, beynəlxalq avtomobil yükdaşımalarının 24 saat ərzində maneəsiz hərəkətinin təmin olunması üçün fəal iş aparılır.

“Kazbeqi”də nəzarət prosedurlarının aparılması üçün bütün zəruri texniki avadanlıqlar və görmrük əməkdaşları da tam səfərbər olunub.

Məlumata əsasən, gömrük məntəqəsi vasitəsilə gün ərzində mindən çox nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür.

Xatırladaq ki, Gürcüstanda mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq “Kazbeqi” gömrük-keçid məntəqəsi iyunun 27-dən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı.


Teqlər:





Xəbər lenti