Zelenski G20 sammitində iştirak etmək üçün şərtlərini açıqladı

Zelenski G20 sammitində iştirak etmək üçün şərtlərini açıqladı
  29 İyun 2022    Oxunub:1585
“İndoneziyada keçiriləcək G20 sammitində iştirakım iştirakçıların tərkibindən və Ukraynadakı təhlükəsizlik vəziyyətindən asılı olacaq”.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski İndoneziya Prezidenti Coko Vidodo ilə görüşündən sonra keçirilən brifinqdə deyib.

"Mən G-20 sammitində iştirak etmək üçün şəxsi dəvətinizə görə sizə minnətdaram və təbii ki, bu təklifi qəbul edirəm. Ukraynanın iştirakı Ukraynadakı təhlükəsizlik vəziyyətindən və sammit iştirakçılarının tərkibindən asılı olacaq", - deyə Zelenski bildirib.

Qeyd edək ki, Coko Vidodo çərşənbə günü Kiyevə gəlib. O, daha sonra Moskvaya səfər edəcək.

G20 sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti