Bakıda pulsuz "Wi-Fi" xidməti dayandırıldı

Bakıda pulsuz "Wi-Fi" xidməti dayandırıldı
  29 İyun 2022    Oxunub:2088
Bu gündən etibarən paytaxtdakı bəzi parklarda pulsuz vayfay axtaranlar onu tapmayacaqlar. Çünki Bakıda ümumilikdə 14 yerdə quraşdırılan pulsuz "Wi-Fi" xidməti dayandırılıb.

"Bakı Telefon Rabitəsi" MMC-dən AzVision.az -a bildirilib ki, göstərdikləri xidmətlərin optimallaşdırılması məqsədilə "ictimai Wi-Fi" xidmətinin mövcud olduğu ərazilərdə monitorinq aparılıb. Monitorinqin nəticələrinə əsasən, daha çox tələbatın olduğu ərazilər istisna olmaqla, digər ərazilərdə bu gündən etibarən xidmətin dayandırılmasına qərar verilib.

Eyni zamanda, üç ərazidə - Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Mərkəzinin parkında "ictimai Wi-Fi" xidmətinin fəaliyyəti daha da təkmilləşdiriləcək.

Mövzu ilə bağlı danışan paytaxt sakinlər isə deyiblər ki, onsuz da "ictimai Wi-Fi"ın ancaq adı var idi...




Teqlər:





Xəbər lenti