Pensiya ilə bağlı dəyişikliyin detalları açıqlandı (VİDEO)

   Pensiya ilə bağlı dəyişikliyin detalları açıqlandı    (VİDEO)
  29 İyun 2022    Oxunub:1972
"Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişiklik ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsinə imkan verəcək.

AzVision.az -ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov deyib.
Onun sözlərinə görə, qanuna dəyişikliklə vətəndaşlara seçim hüququ verilib.

Millət vəkili bildirib ki, yeni dəyişikliklə həmçinin müavinət və ya pensiyaların bir-birindən asılılığı da aradan qaldırılmış oldu. Eyni zamanda, ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın verilməsi gecikərsə, ötən illər də indeksasiya olunaraq məbləğə əlavə ediləcək.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişiklikləri artıq Prezident İlham Əliyev təsdiqləyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Teqlər:





Xəbər lenti