Solovyov Azərbaycandan üzr istədi - VİDEO

   Solovyov Azərbaycandan üzr istədi -    VİDEO
  30 İyun 2022    Oxunub:1543
Rusiyalı jurnalist və teleaparıcı Vladimir Solovyov separatçı David Babayanı “Соловьев Live” proqramına dəvət etdiyi üçün Azərbaycandan üzr istəyib.

AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Solovyov “Соловьев Live” proqramının səhər buraxılışında bu barədə danışıb.
Rusiyalı jurnalist separatçı Babayanı efirə dəvət etməklə siyasi səhvə yol verdiyini etiraf edib: “Böyük siyasi səhvə yol verdim. Sözü yalnız bir tərəfə verməyim mənim səhvim idi. Bu, mənim səhvimdir və üzr istəyirəm, sözü Azərbaycan tərəfinə verməyə hazıram”.



Bununla yanaşı, Solovyov daha sonradan Azərbaycandan növbəti dəfə üzr istəyib.

Jurnalist “Вечер с Соловьевым” verilişinin efirində yenidən siyasi səhvə yol verdiyini təkrarlayıb: “Digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Mən özüm şəxsən bu prioritetlə tamamilə razıyam. Dünən mənim verilişimin səhər buraxılışında Bakıda qəbuledilməz olaraq qiymətləndirilən hadisələr baş verdi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, çünki bu mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtlarda səhvlər olur”.



AzVision.az


Teqlər:





Xəbər lenti