Kanada Avropaya neft və qazla bağlı kömək etmək istəyir

Kanada Avropaya neft və qazla bağlı kömək etmək istəyir
  30 İyun 2022    Oxunub:1362
Kanada neft və qaz ixracı üçün İspaniya və Almaniya da daxil olmaqla Avropa ölkələri ilə danışıqlar aparır.
Bunu Kanadanın xarici işlər naziri Melani Coli deyib. “Kanadanın çox çətin enerji reallıqları ilə üz-üzə qalan avropalı dostlarımıza kömək edə bilməsi vacibdir”-deyə, o bildirib.

Onun sözlərinə görə, Kanada Avropa müttəfiqləri, xüsusən də almanlar və ispanlarla Kanadanın enerji məhdudiyyətlərini yüngülləşdirmək və Rusiyanın enerji resurslarına alternativ təmin etmək üçün ölkənin şərq sahilindən neft və qaz ixrac edə biləcəyini müzakirə edir.

Almaniya kansleri Olaf Şolts və Kanadanın baş naziri Castin Trüdo arasında danışıqlar iyun ayında Almaniyada keçirilən G7 sammitində baş tutub. İki ölkə maye qazın Kanadanın şərq sahilindəki terminal vasitəsilə Avropaya ixracı variantlarını müzakirə edir.

AzVision.az


Teqlər:





Xəbər lenti