Moskvada çox uşaqlı ailələr üçün ictimai nəqliyyat pulsuz oldu

   Moskvada çox uşaqlı ailələr üçün    ictimai nəqliyyat pulsuz oldu
  30 İyun 2022    Oxunub:1681
Rusiyanın paytaxtı Moskva şəhərində çoxuşaqlı ailələrdə həm valideynlər, həm də onların uşaqları (18 yaşına çatmamış) artıq həm paytaxtda, həm də Moskva vilayətində ictimai nəqliyyatdan pulsuz istifadə biləcəklər.
Müvafiq sazişi Moskva meri Sergey Sobyanin və Moskva vilayətinin qubernatoru Andrey Vorobyov imzalayıblar.

“Paytaxtda çoxuşaqlı ailələr (həm valideynlər, həm də onların 18 yaşına çatmamış uşaqları) həm Moskvada, həm də Moskva vilayətində ictimai nəqliyyatda pulsuz istifadə edə bilərlər. Ümumilikdə paytaxtda 191 minə yaxın çoxuşaqlı ailə yaşayır. Siz Moskvada pulsuz səyahət üçün “Mənim sənədlərim” mərkəzlərində kartınızı əldə edə bilərsiniz”-deyə, məlumatda vurğulanıb.

AzVision.az



Teqlər: Moskva  





Xəbər lenti