Şərqi Avropada NATO-nun daimi bazaları yaradılır

Şərqi Avropada NATO-nun daimi bazaları yaradılır
  30 İyun 2022    Oxunub:1008
NATO sammiti Şərqi Avropada alyansın daimi bazalarının yaradılmasının başlanğıcı oldu.
Bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau bəyan edib. “Bu, şübhəsiz ki, Avropanın bizim hissədə daimi mövcudluğun, daimi bazaların qurulmasının başlanğıcıdır. Bu, ilk növbədə Rusiyanın Ukraynaya təcavüzünə cavab olacaq”-deyə, o bildirib.

İyunun 30-da Estoniyanın baş naziri Kaja Kallas bildirib ki, NATO Rusiya Federasiyası ilə sərhədlərə yaxın Şərqi Avropada hərbi kontingentlərin yaradılması ilə bağlı Madrid sammitində təsdiqlənmiş planı dərhal həyata keçirməyə başlayacaq.


AzVision.az

Teqlər:







Xəbər lenti