"Türkiyəyə F-16 qırıcılarını satmalıyıq" - Bayden
"Türkiyəyə F-16 satmaq və modernləşdirmək lazımdır. Bunun əksi bizim maraqlarımıza uyğun deyil. Bu məsələ ilə bağlı mənim mövqeyim dəyişməyib. Konqresin təsdiqi də lazımdır, fikrimcə, buna nail ola biləcəyik", - deyə Bayden bildirib.
Qeyd edək ki, Türkiyə ötən ilin oktyabrında ABŞ-dan 40 ədəd F-16 qırıcısı satın alınması üçün müraciət etmişdi. ABŞ Dövlət Departamenti satışın dövlətin maraqlarına uyğun olduğu barədə Konqresə yazılı müraciət göndərsə də, ABŞ Konqresi buna hələlik razılıq verməyib.
AzVision.az
Teqlər: