"Ona cavab verdim ki, səviyyəmə görə davran" - Efirdən qovulan müğənni

   "Ona cavab verdim ki, səviyyəmə görə davran" -    Efirdən qovulan müğənni
  30 İyun 2022    Oxunub:1396
Xəbər verdiyimiz kimi, ötən gün ARB telekanalında Zaur Kamalın aparıcısı olduğu "Həmin Zaur" verilişində qalmaqallı hadisə baş verib. Belə ki, teleaparıcı əslən Cənubi Azərbaycandan olan məşhur müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovub.
AzVision.az xəbər verir ki, müğənni Afşin Azəri məsələ ilə bağlı açıqlama yayıb. O, insanların bu qədər sevgisini gördüyü üçün Allaha təşəkkür etdiyini söyləyib:

“Dünəndən bu sevgi mənə sübut olundu. Xalqımız mənə dayaq oldu. Danışan adam deyiləm, amma xalqımın, sevənlərimin və milyonların qüruruna görə buradayam. Yenə də sözümün üstündəyəm ki, iki kişinin arasında danışılan söz onların arasında qalmalıdır. Əgər buna riayət etmirsənsə, heç olmasa yalan danışma.

İnsan iki dəqiqənin içində necə yalan danışa bilər. Yalan danışırsan, icazə ver, cavab verim. Mən niyə Azərbaycandayam?! Niyə qonağam?! Mən qonaq deyiləm, bura mənim ölkəmdir. Mənim sözüm bu olub ki, efirinə dəvət edən qonağın səviyyəsini bilməlisən və onunla elə danışmalısan ki, fanatlarının acığına gəlməsin.

Dünyanın hər bir yerində efirə çıxanda fanatlarım mənimlə fəxr ediblər. Dostlarım, yaxınlarım mənə deyiblər ki, Zaur Kamalın verilişinə getmə. O insan hamıya yuxarıdan aşağı baxır. Amma demişəm ki, verilişə görə belə davranır, gözəl ürəkli insandır. Görürəm ki, çox səhv etmişəm".

Hadisənin necə baş verməsinə gəlincə, müğənni bildirib:

"Zaur Kamal efirdən on-on beş dəqiqə əvvəl başqa xanəndələrin adını çəkdi. Ona cavab verdim ki, mənim öz səviyyəmə görə davran, sən məni dəvət edirsən. Qardaş, indiyə qədər adımı başqa xanəndənin yanında çəkmisən? Qətiyyən olmayıb. Bəs, mənim yanımda niyə ayrı adamın adını misal çəkirsən?

Ustadımız Alim Qasımov yeganə azərbaycanlı sənətkardır ki, İranda konsert verir. Aparıcı onun səviyyəsini bilməsə necə olar?! Allah etməsin xətrinə dəyər.

Qurana and içib, deyə bilərəm ki, deməmişəm, qardaş, filankəsi efirə çağırma. Niyə bu sözü deməliyəm?! Hər kəsin əlindən öpürəm”.

AzVision.az


Teqlər:





Xəbər lenti