Mask yoxa çıxıb, 9 gün heç nə paylaşmayıb - KİV

      Mask yoxa çıxıb, 9 gün heç nə paylaşmayıb -    KİV
  30 İyun 2022    Oxunub:1876
"Twitter"i almağı planlaşdıran multimilyarder İlon Mask yoxa çıxıb. Artıq doqquz gündür ki, o, nə "Twitter", nə də digər sosial şəbəkələrdə hər hansı paylaşım etmir.
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın yoxa çıxması təkcə adi istifadəçilərin deyil, həm də “Bloomberg” başda olmaqla medianın diqqətindən yayınmayıb.

Sahibkarın ictimaiyyətə sonuncu çıxışı iyunun 21-də Qətər İqtisadi Forumunda baş verib və bu zaman Mask "Twitter" ilə sövdələşmədə hələ də “həll edilməmiş problemlər”in, o cümlədən botların sayı ilə bağlı narahatlıqların olduğunu bildirib. O zamandan bəri Maskın sosial şəbəkələrdə bu günə olan son paylaşımı qalıb.

Agentlik qeyd edir ki, fəaliyyətdə belə uzun fasilə Mask üçün xarakterik deyil. İş adamı hər gün onlarla paylaşım edib, xəbərləri şərh edib, şirkətləri haqqında danışıb, istifadəçilərlə ünsiyyət qurub və memlar yükləyib.

Milyarderin "yoxa çıxması" ilə bağlı bir nəzəriyyə budur ki, rübün sonu adətən "Tesla" üçün çox məşğul vaxtdır, çünki Maskın şirkəti rüblük tədarük və satış rəqəmlərinə nail olmağa çalışır. Bundan əlavə, bir neçə həftə əvvəl onun digər şirkəti "SpaceX" üç "Falcon 9" daşıyıcı raketini buraxıb.

Sahibkarın və "Twitter"in mümkün yeni sahibinin öz səhifəsinə qayıdacağı hələ dəqiq deyil. Yeri gəlmişkən, bəzi Mask pərəstişkarları artıq onun səhhətindən narahat olduqlarını bildiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti