Rusiya Odessanı bombaladı: 17 ölü, onlarla yaralı var

   Rusiya Odessanı bombaladı:    17 ölü, onlarla yaralı var
  01 İyul 2022    Oxunub:1238
Rusiya Ukraynanın Odessa vilayətinə yeni raket zərbəsi endirib.
AzVision.az -ın UNİAN-a istinadən xəbərinə görə, bu barədə Odessa hərbi administrasiyasının sözçüsü Sergey Bratçuk teleqram kanalında bildirib. Qeyd edilir ki, doqquzmərtəbəli evin qismən dağılması nəticəsində 14 nəfər ölüb, üçü uşaq olmaqla, daha 30 nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfəri xilas edib.

Məlumata görə, ikinci raket gecə saatlarında Belqorod-Dnestrovsk rayonunda yerləşən istirahət evinə düşüb. Raket zərbəsi istirahət mərkəzinin üç və dördmərtəbəli binalarının qismən dağılmasına səbəb olub, nəticədə biri uşaq olmaqla üç nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti