ABŞ-da transgender əməliyyatları qadağan edilə bilər

ABŞ-da transgender əməliyyatları qadağan edilə bilər
  01 İyul 2022    Oxunub:1525
ABŞ Ali Məhkəməsinin ştatların abortu qadağan edə biləcəyinə dair qərarından bir neçə gün sonra Alabama Baş Prokurorluğu yetkinlik yaşına çatmayanlara transgenderliyə keçidlə bağlı tibbi prosedurları qadağan etmək üçün yerli hakimiyyət orqanlarına səlahiyyət verilməsinə çağırış edib.
ABŞ Ali Məhkəməsi qərarında bildirib ki, abort əsas konstitusion hüquq deyil, çünki abort Konstitusiyada qeyd olunmayıb, həmçinin bu ölkənin tarix və ənənələrində dərin kök salmayıb.

Alabama baş prokuroru Stiv Marşall da federal məhkəməyə müraciət edərək eyni şəkildə cinsiyyətin dəyişdirilməsi ilə bağlı müalicələrin ölkə tarixində və ya ənənəsində dərin kök salmadığını, buna görə də dövlətin onları qadağan etmək hüququna malik olduğunu iddia edib.

Məktubda həmçinin bu cür müalicələrin təhlükəli və eksperimental olduğu vurğulanıb.

Hakim Alabama Baş Prokurorunun arqumentləri ilə razılaşarsa, o zaman ştat yetkinlik yaşına çatmayanlara hər hansı gender keçidi prosedurlarını qadağan edə biləcək. Məsuliyyət həkimlərə, uşağın cinsini dəyişməyə kömək edəcək qəyyumlara və valideynlərə şamil olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti