Zelenski Aİ-yə üzvlüyü bağlı bəyanat imzaladı

   Zelenski  Aİ-yə üzvlüyü bağlı bəyanat imzaladı
  01 İyul 2022    Oxunub:1732
Prezident Vladimir Zelenski, parlamentin spikeri Ruslan Stefançuk və baş nazir Denis Şmıxal Ukraynanın Aİ-yə tam üzvlüyü ilə bağlı birgə bəyanat imzalayıblar. Bu barədə RBC-Ukrayna Zelenskiyə istinadən məlumat yayıb.
Sənədin imzalanması parlamentin bu gün iclasında baş tutub.

"Bu bəyanatın imzalanması müharibənin beşinci günündə üzvlük üçün ərizənin imzalanması ilə eyni məna daşıyır. Biz 115 gün ərzində namizədliyə müraciət etdik. Üzvlük yolu onilliklərlə davam etməməlidir", - Zelenski vurğulayıb.

Hökumət başçısı birgə bəyanatın imzalanmasına sosial şəbəkələrdə də münasibət bildirib. O qeyd edib ki, müharibəyə baxmayaraq, Avropa İttifaqına daxil olmaq Ukrayna üçün prioritet olaraq qalır.

"Rusiyanın təcavüzünə və ərazilərin bir hissəsinin müvəqqəti işğalına baxmayaraq, ölkəmiz sabit demokratiya kimi inkişafını davam etdirib və Avropa standartlarını həyata keçirib", - baş nazir əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti