Spiegel: Almaniya Litvanın hərəkətlərindən qıcıqlanıb

      Spiegel:    Almaniya Litvanın hərəkətlərindən qıcıqlanıb
  01 İyul 2022    Oxunub:1430
Almaniya hökuməti Litvanın Rusiyanın regionlarından Kalininqrad vilayətinə tranzit daşıma məsələsi ilə bağlı hərəkətlərindən təəccüblənib.
Bu barədə “Spiegel” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, Berlin Vilnüsün Kalininqrada sanksiyalara məruz qalan malların tranzitinin Aİ ərazisindən həyata keçirilməməsi ilə bağlı fikrini bölüşmür. Almaniyada buna Rusiyadan Rusiyaya daşıma deyirdilər. Alman hakimiyyət orqanlarının fikrincə, bu vəziyyət həll edilməlidir.

Almaniyanın xarici işlər naziri Annalena Berbok ARD telekanalının efirində Kalininqrad ətrafındakı vəziyyətin ümumavropa həllinə çağırıb. O vurğulayıb ki, sanksiyalar paketləri Rusiyaya malların idxalı və ixracına aiddir, lakin ölkənin bir hissəsindən digərinə malların aparılmasına deyil.

Qeyd edək ki, iyunun 18-dən etibarən Aİ sanksiyalarına məruz qalan bir sıra malların Litva Dəmir Yolları ilə Kalininqrada tranziti dayandırılıb. İlkin hesablamalara görə, qeyd olunan istiqamətdə daşınan malların 40-50%-i tranzit qadağası altına düşür.

Daha sonra Litva Rusiya Federasiyasının digər regionlarından Kalininqrad vilayətinə sanksiya tətbiq edilən yüklərin daşınmasına qoyulan məhdudiyyətləri yük avtomobili tranzitinə də aid edib.

AzVision.az

Teqlər:







Xəbər lenti